AZ

Lerikdə elektrik enerjisinin verilişində problemlər yaşanırVİDEO

Lerik rayonunun Vizəzəmin kənd ərazi vahidliyinə daxil olan kəndlərdə elektrik enerjisinin verilişində problemlər yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, problem uzun müddətdir davam edir.

Rayona yağan son qardan sonra, xüsusilə Hamarmeşə kəndi işıq üzünə həsrət qalıb.

Elektrik enerjisinin fasilələrlə, qeyri-stabil verilməsi evlərdə avadanlıqları da sıradan çıxardır.

Sakinlər deyirlər ki, rayona yağan qardan sonra vəziyyət daha da pisləşib.

Məsələ ilə bağlı Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsindən bildirildi ki, havaların kəskin dəyişməsi ilə əlaqədar xətdə yaranan nasazlıqlar səbəbindən 10 kV-luq 3 saylı xəttin enerji təminatında fasilələr yaranıb. Güclü qar yağması nəticəsində qeyd edilən dağlıq və meşəlik ərazidən keçən yerlərdə xətlərə baxış keçirmək və problemi aradan qaldırmaq mümkün olmur,  qəzaların vaxtlı-vaxtında aradan qaldırılmasında çətinliklər yaranıb. Lakin buna baxmayaraq, qüsurlar aradan qaldırılaraq abonentlər müəyyən fasilələrlə elektrik enerjisi ilə təmin olunub. Lerik-Lənkəran yolunun kənarında yerləşən kəndlərin, o cümlədən Hamarmeşə kəndinin elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə yeni xəttin çəkilməsi 2026-cı ilin tədbirlər planına salınıb. Tədbirlər planına əsasən Hamarmeşə kəndinə yaxın ərazidə yeni 35 kV-luq yarımstansiyanın tikilməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
7
xezerxeber.az

1Mənbələr