AZ

Sabir Rüstəmxanlı: Dövlətimizin nüfuzu qorunmalıdır

ABŞ-də keçirilən “Sülh Şurası”nın iclası zamanı Azərbaycan nümayəndə heyətinə qarşı törədilən hərəkətlər söz azadlığı və demokratiya çərçivələrinə sığmır. Bu barədə VHP sədri Sabir Rüstəmxanlı bildirib.

O qeyd edib ki, son zamanlar güclənən miqrasiya, ölkələr arasında köç axınları daxili münaqişələrin xaricə daşınmasına səbəb olur və ölkə başçılarının beynəlxalq tədbirlərə səfərləri zamanı problemlər yaradır. Bu cür etiraz aksiyaları ölkə başçıları ilə dialoq yaratmaq, öz tələblərini onlara çatdırmaq əvəzinə, çox vaxt beynəlxalq qurumların diqqətini cəlb etmək və mövcud iqtidarların, ölkə başçılarının nüfuzuna zərbə vurmaq məqsədi daşıyır.

Vaşinqtonda gördüyümüz qarşıdurma da müxtəlif ölkələrdə dövlət başçılarının üzləşdiyi hadisələrdəndir və qeyri-adi hal hesab olunmur. Lakin Azərbaycanın ABŞ-dakı səfirliyinin açıqlamasından bəlli olur ki, Vaşinqton səfəri zamanı dövlət başçısının mühafizə olunan nəqliyyat vasitəsinin hərəkətinə maneələrin yaradılması və fiziki yaxınlaşma cəhdləri ciddi təhlükəsizlik riski törətmişdir.

Belə hallarda Prezidentin Təhlükəsizlik Xidmətinin müdaxiləsi qanunvericiliyin tələblərinə uyğun olaraq, standart təhlükəsizlik prosedurları çərçivəsində həyata keçirilir.

VHP sədri vurğulayıb ki, Azərbaycan Respublikasında Prezidentin təhlükəsizliyi xüsusi hüquqi mexanizmlərlə qorunur və müvafiq qanunlar dövlət başçısının həyatının, sağlamlığının, mühafizə zonasının, hərəkət marşrutunun və rəsmi kortejin toxunulmazlığının tam təmin olunmasını dövlətin birbaşa öhdəliyi kimi müəyyən edir.

Sabir Rüstəmxanlı bildirib ki, baş verən insident həm beynəlxalq hüquqa, həm də milli qanunvericiliyə ziddir və mahiyyət etibarilə Azərbaycan dövlətinə qarşı yönəlmiş addım kimi qiymətləndirilməlidir. Dövlət başçısına qarşı hər hansı təxribat ölkənin suverenliyinə və konstitusion əsaslarına qarşı yönəlmiş hərəkət hesab olunur və demokratiya adı altında əsaslandırıla bilməz.

Seçilən
18
interpress.az

1Mənbələr