Misli Premyer Liqasının XXI turunun daha bir oyunu keçirilib.
NOCOMMENT.az xəbər verir ki, “Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”la qarşılaşıb.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun daha əvvəl reallaşan matçlarında “Turan Tovuz” “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. “Sumqayıt” – “Qəbələ” görüşü qolsuz başa çatıb – 0:0.