AZ

"Borussiya Dortmund" "Leypsiq"lə heç-heçə etdi

Almaniya Bundesliqasının 23-cü turunda "Leypsiq" və "Borussiya Dortmund" arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, "Red Bull Arena Leypsiq" stadionunda baş tutan matçda 2-2 hesablı heç-heçə ilə yekunlaşıb.

20-ci dəqiqədə ev sahibi komandaya hesabı Kristof Baumqartner verib, 39-cu dəqiqədə isə dubl edib. 50-ci dəqiqədə Romulo hesabı azaltmaq üçün öz qapısına qol vurub. Fabio Silva 90+5-ci dəqiqədə hesabı bərabərləşdirib.

Bu oyundan sonra "Leypsiq" 41 xalla Almaniyanın yüksək liqasında beşinci, "Borussiya Dortmund" isə 52 xalla ikinci yerdədir.

Növbəti turda "Bulls" 1 martda səfərdə "Hamburq"la, "Bumblebees" isə 28 fevralda "Bavariya" ilə qarşılaşacaq.

Seçilən
14
90deqiqe.az

1Mənbələr