ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"İmişli" "Şamaxı"ya, "Kəpəz" "Sabah"a qarşı - Yenilənir
Bu gün Misli Premyer Liqasında 21-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə "İmişli" "Şamaxı"nı qəbul edəcək. Qubada keçiriləcək görüş saat 16:30-da başlayacaq. Komandaların ilk dövrədəki oyununda "Şamaxı" 1:0 hesabı ilə qalib gəlib.
Günün son oyununda isə "Sabah" "Kəpəz"i qəbul edəcək. Masazırda keçiriləcək oyunun start fiti saat 17:00-da veriləcək. Bu komandaların ilk dövrədəki qarşılaşmasında "Sabah" 3:1 hesablı qələbə qazanıb.
22 fevral (bazar)
14:30. “İmişli” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Quba OİK stadionu
17:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”
20 fevral (cümə)
“Turan Tovuz” - “Zirə” - 2:0
“Sumqayıt” - “Qəbələ” - 0:0
21 fevral (şənbə)
“Karvan-Yevlax” - “Araz-Naxçıvan” - 0:2
"Neftçi" - "Qarabağ" (Təxirə salınıb)

Bombardirlər:
Bassalu Sambu ("Neftçi") - 9 qol
Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Velko Şimiç (“Sabah”) - 9 qol
Emin Mahmudov (“Neftçi”) - 7 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Karim Rossi ("Şamaxı") - 7 qol
Dioqo Almeyda ("İmişli") - 7 qol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.