AZ

Rusiya qoşunları bu istiqamətlərdə geri çəkildi

Ukrayna ordusu Dnepropetrovsk vilayətində cəbhənin müəyyən istiqamətlərində rus işğalçılarını geri çəkilməyə məcbur edib.

News365.az xəbər verir ki, bu barədə “DeepState” layihəsi məlumat yayıb.

Analitiklərin məlumatına görə, ukraynalı müdafiəçilər Kalinovski yaxınlığında və Ternove yaşayış məntəqəsində rusların geri çəkilməsinə nail olublar.

Eyni zamanda, ruslar Donetsk vilayətində irəliləyiş əldə edib:

“Müdafiə Qüvvələri Kalinovski yaxınlığında və Ternovedə düşməni geri çəkilməyə məcbur edib. Düşmən isə Pokrovsk və Svyato-Pokrovsk istiqamətində irəliləyib”.

Seçilən
10
3
news365.az

4Mənbələr