AZ

"Şamaxı" "İmişli"nin, "Kəpəz" "Sabah"ın qonağı olacaq

Misli Premyer Liqasının XXI turunda daha iki oyun bu gün keçiriləcək.

Bizim.Media xəbər verir ki, ilk olaraq "Şamaxı" "İmişli"nin qonağı olacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionundakı matç saat 14:30-da start götürəcək. Meydan sahibləri 19 xalla 9-cu, "Şamaxı" 24 xalla 8-ci pillədə qərarlaşıb.
 

Günün ikinci görüşündə "Sabah" "Kəpəz"i qəbul edəcək. "Bank Respublika Arena"kı oyun saat 17:00-da start götürəcək. Bakı klubu 49 xalla vahid liderdir. Gəncə təmsilçisi 13 xalla 11-ci sıradadır.


Qeyd edək ki, XXI turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (hər ikisi 2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" qarşılaşması qolsuz başa çatıb. Turun "Neftçi" - "Qarabağ" oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

Bizim.Media

Seçilən
1
3
bizim.media

7Mənbələr