Türkiyə kinosunun tanınmış aktyoru Ali Tutal vəfat edib.
KONKRET.az xəbər verir ki, bir müddət əvvəl beyin qanaması keçirdikdən sonra xəstəxanaya yerləşdirilən 76 yaşlı aktyor həkimlərin bütün səylərə baxmayaraq, dünyasını dəyişib.
Qeyd edək ki, A.Tutal bu günədək 60-dək filmdə və bir çox televiziya serialında rol alıb. Onlar arasında xüsusilə “Günəşi gördüm”, “Geniş ailə”, “Bərəkətli torpaqlar üzərində” və “Hökumət qadın”ı göstərmək olar.