AZ

Tramp qərarından sonra bir neçə ölkə ABŞ la ticarət danışıqlarını təxirə salıb

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp Ali Məhkəmənin idxal rüsumları ilə bağlı genişmiqyaslı qərarını ləğv etməsindən bir neçə gün sonra yeni qlobal tarifləri artıraraq 10 faizdən 15 faizə çatdırıb. Bu xəbər dünyanın yenidən gündəminə gəlib.Demokrat.az xəbər verir ki, bu barədə Tramp özünün Truth Social platformasında paylaşım etmişdi.Reuters bu qərar dünya ölkələrinin münasibətinin kəskin olduğunu bildirib. Artıq bir neçə ölkə ABŞ-la ticarət danışıqlarını təxirə salıb.Qeyd edək ki, şənbə günü qəbul edilən qərar Vaşinqtonun indiyədək topladığı təxminən 133 milyard dolların geri qaytarılması tələbi ilə dünyanın müxtəlif ölkələrində biznes və hökumətlərin müraciətləri fonunda verilib.Tramp paylaşım edərək artımın “dərhal qüvvəyə mindiyini” bildirib və bu addımın cümə günü Supreme Court of the United States tərəfindən qəbul edilmiş “mənasız, zəif yazılmış və son dərəcə anti-Amerika qərarın” nəzərdən keçirilməsi əsasında atıldığını qeyd edib.Ali Məhkəmə altı səslə üç səsə qarşı qərar verərək Trampın tarifləri birtərəfli qaydada müəyyən etməsinin və dəyişdirməsinin konstitusiyaya zidd olduğunu bildirib, çünki vergi qoymaq səlahiyyəti ABŞ Konqresinə məxsusdur.Məhkəmənin qərarı Trampın Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı çərçivəsində demək olar ki, bütün ölkələrə tətbiq etdiyi tarifləri ləğv edib.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
3
demokrat.az

6Mənbələr