AZ

“Real”ın yarımmüdafiəçisi ən azı 7 həftə oynamayacaq

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos zədələnib.

Msport.az xəbər verir ki, futbolçu İspaniya La Liqasının 25-ci turunda “Osasuna” ilə matçda zədə alıb. O, həmin maçda 82-ci dəqiqədə meydana çıxmışdı. Məhz Sebalyosun qeyri-dəqiq ötürməsindən sonra “Osasuna” fərqlənmişdi.

İlkin məlumatlara görə, 29 yaşlı Sebalyos ən azı 7 həftə yaşıl meydanlardan kənarda qalacaq.

 

Seçilən
12
msport.az

1Mənbələr