AZ

Bu balıq qan şəkərinin stabilləşdirilməsində ən faydalısıdır

ain.az, Milli.az saytına istinadən bildirir.

Sardina balığı qan şəkərini nəzarətdə saxlayan insanlar üçün faydalı məhsul hesab olunur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Health" jurnalının araşdırmalarında bu barədə bildirilir.

Qeyd olunub ki, sardinanın tərkibində sadə karbohidratlar yer almır, bu da yeməkdən sonra şəkər artımını əngəlləyir.

Balığın tərkibindəki "Omeqa-3" yağ turşuları iltihabı azaldır və insulin həssaslığını yaxşılaşdırır, maqnezium və D vitamini şəkər səviyyəsini stabilləşdirir, taurinin isə insulinə reaksiya effektivliyini artırır.

2021-ci ildə 152 nəfər arasında aparılan birillik tədqiqat göstərib ki, həftədə təxminən 200 qram sardina yeyənlərdə diabet riski 37%-dən 8%-ə düşüb.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
news.milli.az

4Mənbələr