Yazını böyüt
Yazını kiçilt
Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. Paytaxtda keçirilən yarışın son günündə qalib və mükafatçıların adlarına aydınlıq gəlib.
Hafta.az xəbər verir ki, çempionatın həlledici final qarşılaşmasında Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva üz-üzə gəliblər.
Gərgin keçən mübarizənin taleyi tay-brekdə həll olunub. Əlavə partiyalarda rəqibini 1,5:0,5 hesabı ilə üstələyən Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu tituluna yiyələnib.