ain.az, Olke.az portalına istinadən məlumat verir.
“Real”ın baş məşqçisi Alvaro Arbeloa hücumçu Kilian Mbappenin vəziyyəti barədə fikirlərini bölüşüb.
"Ölkə.az" xəbər verir ki, fransalı forvard şənbə günü La Liqa çərçivəsində “Osasuna”ya qarşı keçirilən oyunda startdan sona qədər meydanda olsa da, komandasına 1:2 hesablı məğlubiyyətdən qaçmağa kömək edə bilməyib.
Arbeloa ulduz futbolçunun durumu barədə bunları bildirib:
“Kilian ötən həftə “Real Sosyedad”la oyunda istirahət etmişdi. Biz onun hazır olmadığını düşündüyümüz zaman sağlamlığı ilə risk etmirik. Bu qərarlar bütün tərəflərin iştirakı ilə qəbul olunur”
Çərşənbə günü “Real” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda doğma meydanda “Benfika”nı qəbul edəcək. İlk qarşılaşma Madrid təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatmışdı.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.