AZ

Qapılar fərqli imiş 11 sm lik detal üzə çıxdı

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Misli Premyer Liqasında çıxış edən "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov 21-ci turda "İmişli" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra diqqətçəkən açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, mütəxəssis qarşılaşmanın gərgin keçdiyini, hər iki komandanın bir xala layiq olduğunu bildirib.

Abbasov meydança problemlərindən danışarkən maraqlı detalı açıqlayıb:

"Məncə, meydançalarla bağlı hər şey deyilib. Sadəcə sevindirici haldır ki, bir problemi də biz həll etdik. Sən demə, futbol qapılarının biri digərindən 11 sm hündür imiş. Bu gün xeyrimiz dəydi ki, qapılar nəhayət standart oldu".

Baş məşqçi futbolçularında böyük istək və ambisiya olduğunu, bəzi oyunçular karyeralarının ən yaxşı dövrünü yaşadıqlarını söyləyib. Abbasov kubokda irəliləmək istədiklərini, hətta "altılıq"da olmayan komandaların da yarışda uğur qazanmasının turniri daha maraqlı edəcəyini vurğulayıb:

“Kubokda iddialıyıq, hədəflərimiz var. Davam etmək istəyirik. Rəqibimiz güclüdür, çətin olacaq”.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
icma.az

2Mənbələr