"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa artıq gələn həftə vəzifəsindən gedə bilər.
Redaktor.az bu barədə sport.es-ə istinadən xəbər verir.
Mənbəyə əsasən, 43 yaşlı mütəxəssis çərşənbə günü Çempionlar Liqasının "Benfika"ya qarşı keçiriləcək cavab pley-off matçından sonra uğursuz nəticə qazanılacağı təqdirdə klubdan qovula bilər.
Lissabondakı ilk oyun "Real Madrid"in 0:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd olunur ki, "kral klubu"nun oyunçuları baş verənlərə inamlarını itirməyə başlayırlar, klub rəhbərliyi isə Arbeloanın oyun tərzini başa düşmür.
Onun oyunçuların könlünü xoş tutmağa yönəlmiş qərarları, eləcə də oyun zamanı etdiyi əvəzləmələr "Real Madrid" rəhbərliyi tərəfindən müsbət qarşılanmır.