AZ

Berlində avtobusun qəzaya uğraması nəticəsində 12 nəfər xəsarət alıb

ain.az bildirir, Azertag portalına istinadən.

Berlin, 22 fevral, AZƏRTAC

Berlinin qərbində - Şpandau rayonunda baş vermiş avtobus qəzası nəticəsində 12 nəfər xəsarət alıb.

AZƏRTAC “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, avtobus əks istiqamətdən hərəkət edən minik avtomobili ilə toqquşduqdan sona yoldan çıxaraq ağaca çırpılıb.

Xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Onun avtobusun sürücüsü olduğu bildirilir.

Ağır xəsarət alan şəxs helikopterlə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
5
azertag.az

6Mənbələr