AZ

Pənah Hüseyn siyahı yaydı: 23 cü sıradakı şəxs heyrət doğurdu FOTO

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Sabiq baş nazir Pənah Hüseyn Azərbaycan Xalq Hərəkatı ilə bağlı olduqca maraqlı siyahını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Mərkəzinin (AXC TM) üzvlərinin yer aldığı siyahıda xüsusilə Əkrəm Hümətov adlı şəxs diqqət çəkib.

Əldə etdiyimiz məlumata görə, o, sonrakı illərdə separatçı fəaliyyətlə məşğul olan və özünü “talış muğan respublikası” adlı qondarma rejimin “prezidenti” adlandıran Ələkrəm Hümbətovdur.

Ələkrəm Hümbətov Lənkəran şəhərində AXC-nin fəal üzvlərindən olub.

1989-cu ilin may ayının sonunda AZƏRBAYCAN XALQ CƏBHƏSİ TƏŞƏBBÜS MƏRKƏZİNİN (AXC TM) üzvlərinin yer aldığı siyahını təqdim edirik:

1. İsmayıl Şıxlı – Azərbaycan Xalq Yazıçısı (AXC TM Məsləhət Şurası üzvü)

2.Məmməd Araz- Azərbaycanın Xalq Şairi, (AXC TM Məsləhət Şurası üzvü)

3.Yusif Səmədoğlu –yazıçı, Azərbaycan jurnalının baş redaktoru, (AXC TM Məsləhət Şurası üzvü)

4. Sabir Rüstəmxanlı – şair, publisist, Yazıçı nəşriyyatının baş redaktoru, (AXC TM Məsləhət Şurası üzvü)

5.Ağacavad Salamov- Az SSR EA Fizika İnstitunun baş elmi işçisi, fizika- riyaziyyat elmləri namizədi (AXC TM  Koordinasiya Şurasının üzvü)

6.Vurğun Əyyubov –V. İ. Lenin adına APİ- nin əməkdaşı, filologiya elmləri namizədi (AXC TM Koordinasiya Şurasının üzvü)

7.Əbülfəz Əliyev – Az SSR EA Əlyazmaları instituunun aparıcı elmi işçisi, tarix elmləri namizədi. (AXC TM Koordinasiya Şurasının üzvü)

8Zərdüşt Əlizadə- Az. SSR EA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi. (AXC TM Koordinasiya Şurasının üzvü)

9.İsa Qəmbərov- Az. SSR EA Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarixçi(AXC TM Koordinasiya Şurasının üzvü)

10.Nəcəf Nəcəfov- “Bakinskiy Raboçiy” qəzetinin əməkdaşı, jurnalist. (AXC TM  Koordinasiya Şurasının üzvü)

11.Pənah Hüseynov- Az. SSR EA Fəlsəfə və Hüquq İnstitunun kiçik elmi işçisi(AXC TM  Koordinasiya Şurasının üzvü)

12.Sabit Bağırov- “Azneftmaş” elmi istehsalat birliyinin əməkdaşı, texnika elmləri namizədi. (AXC TM  Koordinasiya Şurasının üzvü)

13.Tofiq Qasımov- Az. SSR EA Fizika İnstitutunun baş elmi işçisi, fizika- riyaziyyat elmləri namizədi(AXC TM  Koordinasiya Şurasının üzvü)

14.Hikmət Hacızadə- Az. SSR EA Botanika institunun baş elmi işçisi, fizika – riyaziyyat elmləri namizədi (AXC TM Koordinasiya Şurasının üzvü)

15.Ağamalı Sadiq- şair, Azərbaycan Yazıçılar İttifaqının üzvü (AXC TM üzvü)

16.Altay Əfəndiyev – Az. SSR EA Şərqşünaslıq İnstitutunun əməkdaşı, iqtisadçı (AXC TM  üzvü)

17.Anatoliy Qraçov- Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun əməkdaşı, iqtisad elmləri namizədi(AXC TM  üzvü)

18.Arzu Abdullayeva- Az. SSR EA Tarix İnstitutunun əməkdaşı, (AXC TM  üzvü)

19.Vaqif Sipxanov- Azərbaycan Dövlət Universitetinin müəllimi (AXC TM üzvü)

20.Qriqoriy Tkaçenko- inşaat mühəndisi (AXC TM  üzvü)

21.Etibar Məmmədov- S. M. Kirov adına ADU- nun əməkdaşı, tarix elmləri namizədi. (AXC TM  üzvü)

22.Əbdülvahab Manafov- Azərittifaqın işçisi, iqtisadçı (AXC TM  üzvü)

23.Əkrəm Hümətov- mühəndis (Lənkəran şəh.) (AXC TM  üzvü)

24.Emin Əhmədov –musiqi müəllimi (AXC TM  üzvü)

25.Əmrullah Məmmədov- S. M. Kirov adına ADU- nun əməkdaşı, iqtisad elmləri doktoru, dövlət mükafatı laureatı. (AXC TM üzvü)

26.Zəminə Cabbarova Energetika texnikumunun müəllimi (AXC TM üzvü)

27.Leyla Yunusova – Az. SSR EA Tarix institutunun əməkdaşı, tarix elmləri namizədi (AXC TM üzvü)

28.Məmmədhəsən Qəmbərov- Az SSR EA Şərqşünaslıq İnstitunun əməkdaşı, filologiya elmləri namizədi (AXC TM  üzvü)

29.Mirbaba Babayev- Az. SSR EA Fizika institutunun əməkdaşı- riyaziyyat elmləri namizədi(AXC TM  üzvü)

30.Müslüm Eldarov – heykəltəraş(AXC TM  üzvü)

31.Natiq Ələsgərov- tələbə (AXC TM  üzvü)

32.Nəriman Zülfüqarov- “Neyron kooperativinin üzvü, psixologiya elmləri namizədi (AXC TM  üzvü)

33.Sənubər Bağırova- Az. SSR EA İncəsənət və Arxitektura institunun əməkdaşı, elmlər namizədi

34.Səfər Alışarlı- yazıçı, “Gənclik yurnalının əməkdaşı (AXC TM üzvü)

35.Fəxrəddin Ağyev- Azərittifaqın işçisi, iqtisadçı. (AXC TM  üzvü)

36.Fuad Ağayev- hüquqşünas (AXC TM üzvü)

37Xaliq Hacıyev- Az. SSR Tele və Radio Komitəsinin əməkdaşı (AXC TM üzvü)

38.Xədicə Nəsirli- Az. SSR EA İncəsənət və Arxitektura institunun əməkdaşı, elmlər namizədi (AXC TM  üzvü)

39.Xudadat Xudiyev- mühəndis, briqadir. (AXC TM  üzvü)

40.Hüseyn Əliyev – Sərdarov adına zavodun fəhləsi (AXC TM  üzvü)

41.Canbaxış Ümidov – Az SSR EA Riyaziyyat İnstitutunun əməkdaşı, riyaziyyat elmləri namizədi (AXC TM  üzvü)

42.Cümşüd İskəndərov- jurnalist (AXC TM  üzvü)

Qeyd 1. Sıralama və üzvlər haqqında məlumatlar ilk mənbədə olduğu kimi verilib.

Qeyd 2. 1989-cu ilin mayında artıq Azərbaycanda AXC-nin  mindən çox ilk dayaq dəstəsi, 30 rayon və şəhər şöbəsində minlərlə təşəbbüsçü – fəal qeydə alınmışdı.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
2
globalinfo.az

3Mənbələr