AZ

Gəncədə tələbə dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə olub.

"Unikal"ın  məlumatına görə, Yevlax rayon sakini 2007-ci il təvəllüdlü F.İsazadə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona müayinə zamanı zəhərlənmə diaqnozu təyin edilib. Dərhal 19 yaşlı gənc oğlana yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, F.İsazadə kirayə qaldığı evin hamam otağında dəm qazından zəhərlənib.

Onun tələbə olduğu bildirilir.

Fakt araşdırılır.

Tural Əhmədov

Seçilən
0
2
unikal.az

10Mənbələr