AZ

Azərbaycanın məşhur cütlüyünün 50 nəticəsi var – VİDEO

Üzlərində təbəssüm, gözlərində isə sevgi var. Söhbət Qubanın Töhmər kəndində yaşayan Rəcəbovlar cütlüyündən gedir.

NOCOMMENT.az xəbər verir ki, uzunömürlü Seydi Rəcəbov həyat təcrübəsini belə ifadə edir:

“91 yaşım var. Doqquz övladım var – altısı qız, üçü oğlandır. 29 nəvəm, 50 nəticəm var. Üstəlik, üç kötücəm də dünyaya gəlib. Özümə həmişə diqqət etmişəm, düzgün qidalanmışam. Səhər yeməyimi vaxtında yemişəm. Bazardan alınan şeylərə ehtiyac olmayıb. Sağlamlıq hər insanın öz əlindədir. Tez oyanmaq, fiziki işlə məşğul olmaq vacibdir. Şəhərdə oturub hazır yemək mənlik deyil. Mənə pul da versələr, kənddən çıxmaram. Kənd mənim üçün müalicə kimidir”.

Onların tanışlığı illər öncəyə dayanır:

“O vaxt indiki kimi fırıldaqlar yox idi. Bir məhəllədə yaşayırdıq, həm qonşu idik, həm də qohumluq əlaqəmiz vardı. Qış vaxtı idi. O zaman nə maşın var idi, nə də indiki şərait. Sadə şəkildə toy etdik. İşıq yox idi, lampanın işığında toy olmuşdu”, – Seydi Rəcəbov vurğulayıb.

Seydi Rəcəbov uzunömürlülüyün sirrini isə belə izah edir: “Xoşbəxt yaşamaq lazımdır. Qazandığım pulu həyat yoldaşıma verirdim. İndi kim qazandığını yoldaşına verir? Əgər insan həyat yoldaşına güvənmirsə, pul başqa yerə gedər. Amma bizdə həmişə etibar olub”. /BAKU TV/

Seçilən
0
11
nocomment.az

10Mənbələr