AZ

PSJ onunla müqaviləni yeniləyir

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

PSJ onunla müqaviləni yeniləyir

PSJ-nin yarımmüdafiəçisi Joao Neveş paytaxt klubu ilə yeni müqavilə imzalamağa yaxındır.

QOL.az xəbər verir ki, insayder Fabrisio Romanonun məlumatına görə, Paris təmsilçisi 21 yaşlı portuqaliyalı futbolçu ilə razılıq əldə edib. Yeni müqavilə şərtlərinə əsasən, oyunçunun maliyyə şərtləri yaxşılaşdırılacaq və sözləşmə 2030-cu ilin iyununa qədər qüvvədə olacaq. 

Xatırladaq ki, Neveş 2024-cü ilin yayında Portuqaliya "Benfika"sından PSJ-yə transfer olunub. Hazırda "Transfermarket" portalı gənc ulduzun bazar dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Qeyd edək ki, Joao Neveş cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 22 matça çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
qol.az

3Mənbələr