AZ

"Barselona" çempionatda liderliyə yüksəldi - VİDEO

İspaniya La Liqasının 25-ci turunda "Barselona" klubu və "Levante"ni qəbul edib.

Bizim.Media xəbər verir ki, qarşılaşma meydan sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
 

Qolları 4-cü dəqiqədə Mark Bernal, 32-ci dəqiqədə Frenki de Yonq və 81-ci dəqiqədə Fermin Lopes vurublar.


25 oyundan sonra "Barselona" 61 xalla turnir cədvəlinə başçılıq edir. Levante 18 xalla 19-cu yerdədir.


Bizim.Media

Seçilən
0
2
bizim.media

3Mənbələr