AZ

Lvovda terror aktı törətməkdə şübhəli bilinən qadın saxlanılıb - YENİLƏNİB

Ukrayna polisi Lvovdakı terror aktında şübhəli bilinən qadını saxlayıb, hüquq-mühafizə orqanları partlayışın təşkilatçısı kimi Rusiya xüsusi xidmət orqanlarını göstəriblər.

"Far.Az"un Ukrayna Milli Polisinin "Telegram" kanalındakı məlumatına istinadən xəbərinə görə, saxlanılan - Rovno vilayətinin 33 yaşlı sakini "Rusiya xüsusi xidmət orqanlarının kuratorunun göstərişi ilə" hərəkət edib.

Polisin məlumatına görə, qadın əldəqayırma bombalar hazırlayıb və onları zibil qutularına yerləşdirib. Güc strukturları hadisədə əli olan digər şəxslərin axtarışını davam etdirir.

Fevralın 22-nə keçən gecə Lvovda müəyyən fasilə ilə iki partlayış baş verib. Nəticədə çağırışa gələn 23 yaşlı polis əməkdaşı həlak olub, daha 25 nəfər yaralanıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenko Lvovda baş verən və bir nəfərin ölümünə, 25 nəfərin yaralanmasına səbəb olan terror aktında şübhəli bilinən şəxsin həbs olunduğunu açıqlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat verib.

"İstintaq bütün zəruri resurslarla təmin edilib. Saxlanılan şəxslə bağlı lazımi prosedur addımları davam edir. Daxili İşlər Nazirliyi sizi bütün zəruri detallar barədə məlumatlandıracaq", - deyə o, şübhəlinin kimliyini açıqlamadan bildirib.

Seçilən
0
1
far.az

4Mənbələr