AZ

Avtobus dayanacağında park edilən 90 AA 346 markalı bahalı maşın kimindir? FOTO

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtın Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində dayanacaqda avtomobil park edən sürücü cəzalandırılıb.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) məlumat verilib.

Qeyd olunub ki, "BMW" markalı, 90-AA-346 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib.

"Parklanma qaydasını pozduğuna görə sürücü barəsində İXM-nin 346.2-ci (Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında nəqliyyat vasitələrinin dayanması və durması) maddəsi ilə protokol tərtib edilib", - deyə məlumatda bildirilib.

***

Paytaxtın Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində, “Baku-Oxford School” məktəbinin qarşısında qayda pozan sürücü görüntülənib. 

Məlumata görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında baş verib.

Fotodan görünür ki, 90-AA-346 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü avtobus dayanacağının içərisində nəqliyyat vasitəsini park edib.

Nəticədə avtobuslar dayanacaqda kənarda saxlayaraq sərnişinləri mindirib-düşürməli olublar.

Bu həm digər sürücülərin yolunu kəsib tıxacın yaranmasına səbəb olub, həm də sərnişinlərin təhlükəsizliyini riskə atıb.

Sakinlərin iddiasına əsasən, sözügedən ərazidə demək olar ki hər gün eyni mənzərə yaşanır./Avrosfer.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
mia.az

7Mənbələr