AZ

Messi məğlubiyyətdən sonra hakimlərin otağına girməyə cəhd etdi - Video

style='margin-bottom:10px;'>

“İnter Mayami” ABŞ liqasının 1-ci turunda “Los Anceles”ə 0:3 hesabı ilə uduzub.

QOL.az xəbər verir ki, Lionel Messi zədəsini sağaldıb heyətə geri dönsə də, MLS-in yeni mövsümünün açılış matçında komandasının məğlubiyyətinə mane ola bilməyib.

Qarşılaşmadan sonra meydanda gərgin anlar yaşanıb. Argentinalı ulduzun hakimlərin ardınca getməyə çalışdığı və Luis Suaresin onu fikrindən geri döndərməyə çalışdığı anlar görüntülənib. 

Qeyd edək ki, jurnalist Franko Panizonun sözlərinə görə, bu hərəkətinə görə Messini ciddi intizam cəzası gözləyir. O, 2023-cü ildə oxşar hadisəyə görə Matt Miazqanın üç oyunluq kənarlaşdırıldığını xatırladaraq Messinin də eyni təhlükə ilə üz-üzə olduğunu bildirib.
 

Seçilən
15
3
teleqraf.com

4Mənbələr