AZ

Ramazan ayının 5-ci günü: imsak və iftar vaxtları

Sabah ramazan ayının beşinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, fevralın 23-də imsak vaxtı saat 05:59-da, iftar vaxtı isə saat 18:39-dadır.

Fevralın 23-ü üçün namaz vaxtları:

Sübh azanı 06:04
Zöhr azanı 12:54
Əsr azanı 16:42
Məğrib azanı 18:39
İşa azanı 19:40

Beşinci günün imsak duasını təqdim edirik:

"Allahumməc-əlni fihi minəl-mustəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin".

Tərcüməsi:

"İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!"

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

Allah oruc və dualarınızı qəbul eləsin!

Seçilən
0
25
qaziler.az

10Mənbələr