Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Laqard vəzifəsində qalması ilə bağlı müzakirələrə son qoyub.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard son günlər beynəlxalq mediada yayılan “vəzifəsindən vaxtından əvvəl ayrılacağı” barədə iddialara münasibət bildirib.
O, "Wall Street Journal" nəşrinə verdiyi müsahibədə səkkiz illik səlahiyyət müddətini başa çatdırmaq niyyətində olduğunu vurğulayaraq deyib: “Mənim əsas ssenarim vəzifə müddətimin sonunadək qalmaqdır.”
Bir neçə gün əvvəl "Financial Times" qəzeti Kristin Laqardın 31 oktyabr 2027-ci ildə başa çatacaq mandatından əvvəl istefa verməyi planlaşdırdığını iddia etmişdi.
Xəbərə görə, bu mümkün addımın arxasında Fransa Prezidenti Emanuel Makronun səlahiyyət müddəti bitmədən və 2027-ci ilin aprelində keçiriləcək Fransa seçkilərindən öncə onun varisinin müəyyənləşdirilməsi prosesində söz sahibi olmaq istəyi dayanırdı. Fransada ifrat sağ qüvvələrin güclənməsi Avropanın ən mühüm maliyyə institutunun rəhbərliyi ilə bağlı strateji narahatlıq amili kimi qiymətləndirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.