AZ

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Nyu-Yorka yaxınlaşan qar fırtınası səbəbindən şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Publika.az xəbər verir ki, bu barədə Nyu-York meri Zohran Mamdani özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

O bildirib ki, 22 fevral axşam saatlarından 23 fevral günorta saatlarına qədər magistral yollar nəqliyyatın hərəkəti üçün bağlanacaq, məktəblərdə dərslər olmayacaq, şəhər boyu isə isinmə məntəqələri açılacaq.

ABŞ Milli Meteorologiya Xidmətinin məlumatına görə, Nyu-Yorkda təxminən 45 sm yağıntı düşə bilər, küləyin sürəti isə saniyədə 26 metri keçəcək.

Seçilən
14
publika.az

1Mənbələr