AZ

Bir gecəyə tikilən evlər: Paytaxtın divarları sevgi məktubları ilə dolu olan məhəlləsindən REPORTAJ

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakının mərkəzinə yaxın olsa da, sanki zamanın dayandığı bir məkan - Alatava.

Kiçik məhəllə mağazaları, sovet dövründən qalan alçaq evləri və iki insanın belə yan-yana keçməkdə çətinlik çəkdiyi dar yolları ilə bura paytaxtın ən qədim və fərqli yaşayış massivlərindən biridir.

Baku TV paytaxtın bu qədim yaşayış massivindən reportaj hazırlayıb.

Bir gecəyə tikilən evlər: Paytaxtın divarları "sevgi məktubları" ilə dolu olan məhəlləsindən REPORTAJ

Sakinlərin sözlərinə görə, Alatava bir vaxtlar boş düzənlik olub. Lakin 1950-70-ci illərdə buraya kütləvi axın başlayıb. O dövrdə rəsmi icazə olmadan evlər gizli şəkildə, cəmi bir gecənin içində ucaldılırmış. Məhz buna görə də bura xalq arasında "Gecəqondu məhəlləsi" deyirdilər.

70-ci illərdən burada yaşayan sakinlər xatırlayırlar:

"Səhər yuxudan dururdun ki, qonşuluqda yeni bir ev peyda olub. Hamı tez-tələsik, balaca bir yer düzəldib yaşamağa başlayırdı".

Alatavanın ən böyük problemi yolların hədsiz dərəcədə dar olmasıdır. Sakinlər bildirirlər ki, vaxtilə geniş olan yollar zamanla hər kəsin öz həyətyanı sahəsini bir-iki metr irəli çəkməsi nəticəsində sıxılıb. Bəzi küçələr o qədər ensizdir ki, nəinki avtomobillər yan-yana hərəkət edə bilir, hətta piyadaların belə rahat keçməsi çətinləşir.

Ərazidə 40-50 ildən artıq yaşayan sakinlər deyirlər ki, Alatava onlar üçün doğma məkandır. Bəziləri buraya digər bölgələrdən - Gürcüstan və Qazaxdan köçərək gəlib və illər ərzində məhəlləyə uyğunlaşıblar. Onların sözlərinə görə, burada yaşamaq hər nə qədər müəyyən çətinliklər yaratsa da, şəhərə yaxınlıq və formalaşmış icma mühiti bu çatışmazlıqları müəyyən qədər kompensasiya edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
oxu.az

1Mənbələr