AZ

“Psixoloji cəhətdən həyəcanlı və gərgin keçdi" - Yeni çempion

Şahmat üzrə Azərbaycan çempionatı ən gərgin keçən yarışlardan biridir.

Sportinfo.az xəbər verir ki, bunu şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının qalibi olan Ülviyyə Fətəliyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, çempionat son illərdə daha da nüfuz qazanıb.

"On günlük turnir bizim üçün həm şahmat, həm də psixoloji baxımdan stresli, həyəcanlı və gərgin keçdi", - o deyib.

"Ümid edirəm ki, bu uğurlu nəticə ilin sonuna qədər davam edər. Çalışacağıq ki, ölkəmizi beynəlxalq yarışlarda yaxşı təmsil edək", - şahmatçı bildirib.

Ülviyyə Fətəliyeva Azərbaycan çempionatının finalında Ayan Allahverdiyevanı məğlub edib.

Seçilən
21
sportinfo.az

1Mənbələr