Azertag saytına istinadən ain.az xəbər verir.
Berlin, 23 fevral, AZƏRTAC
Almaniyanın federal daxili işlər naziri Aleksander Dobrindt ölkədəki sığınacaq axtaran şəxslərin əmək bazarına daha tez daxil olmasını istəyir.
AZƏRTAC xəbər verir ki, nazir “Bild am Sonntag” qəzetinə açıqlamasında bu məqsədlə dərhal işə başlamaqla bağlı planın hazırlandığını bildirib. “Buraya gələn şəxs mümkün qədər tez işləyə bilməlidir. Ən yaxşı inteqrasiya əmək həyatına inteqrasiyadır. Məqsəd fəaliyyət vasitəsilə cəmiyyətə qoşulmaqdır”, - deyə o vurğulayıb.
Məlumata əsasən, sığınacaq axtaran şəxslərə Almaniyada üç ay qanuni qaldıqdan sonra hətta sığınacaq proseduru hələ başa çatmamış olsa belə, işləmək üçün icazə verilə bilər. Sığınacaq proseduru isə şəxsin iş tapıb-tapmamasından asılı olmayaraq davam edəcək və işləmək məcburiyyəti tətbiq olunmayacaq. Artıq rədd cavabı almış sığınacaq axtaranlar, şəxsiyyətini gizlədən və ya qaçış səbəbləri barədə yanlış məlumat verən şəxslər yeni qaydalardan faydalana bilməyəcəklər.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.