AZ

ABŞ-da 41 milyondan çox insan qar fırtınası təhlükəsi ilə üz-üzədir

ABŞ-da 41 milyondan çox insan qar fırtınası təhlükəsi ilə üz-üzədir

ABŞ-ın Merilend ştatından Men ştatına qədər olan şimal-şərq hissəsində 41 milyondan çox sakin qar fırtınasının səbəb olduğu əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlq zonasına düşüb. AFN.az yerli mediaya istinadən xəbər verir ki, Pensilvaniya, Rod-Aylend, Konnektikut, Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət rejimi elan edilib.

Region hakimiyyətləri avtonəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edir, məktəblərdə dərslər ləğv olunur. Bəzi yerlərdə qar örtüyünün hündürlüyünün 70 santimetrdən çox olacağı, küləyin sürətinin isə saniyədə 30 metri ötəcəyi gözlənilir. Qeyd edək ki, meteoroloqlar bu fırtınanı qeyri-rəsmi olaraq "Hernando" və ya "2026-cı ilin çovğunu" adlandırırlar.

Uçuşların izlənilməsi portalı olan "FlightAware"in məlumatına görə, bazar günü ABŞ-da 3,4 min aviareys ləğv edilib, daha 7,3 min reys isə təxirə salınıb. Şiddətli hava şəraiti nəticəsində 162 mindən çox istehlakçı işıqsız qalıb. Enerji təchizatı ilə bağlı ən ağır vəziyyət hər birində 32 mindən çox abonent daxil olmaqla Nyu-Cersi və Delaver ştatlarında qeydə alınıb.

Nyu-Yorkun 112-ci meri Zohran Mamdani yaxınlaşan çovğunla əlaqədar meqapolisdə fövqəladə vəziyyət elan edib və şəhərdə hərəkətə qadağa qoyub. Birləşmiş Millətlər Təşkilatı (BMT) da hava şəraiti ilə əlaqədar şəhərin mərkəzində yerləşən mənzil-qərargahının fevralın 23-də bağlı olacağını açıqlayıb. Şəhər rəhbərliyi sakinləri zərurət olmadıqca küçəyə çıxmamağa və yollarda hərəkət məhdudiyyətlərinə əməl etməyə çağırıb.

Seçilən
17
47
afn.az

10Mənbələr