Albaniya Super Liqasında 25-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" tur çərçivəsində səfərdə "Flamurtari" ilə qarşılaşıb.
Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. İsgəndərli oyuna əsas heyətdə başlayaraq 83-cü dəqiqədə əvəzlənib.
Hazırda "Partizani" 36 xalla 5-ci yerdədir.