AZ

Yamal Messinin ötdü, rekord müəyyənləşdirdi

"Barselona" İspaniya çempionatının 25-ci turunda Levante üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.

Publika.az xəbər verir ki, bu qarşılaşmada 18 yaşlı hücumçu Lamin Yamal bir məhsuldar ötürmə ilə yadda qalıb. Bu qələbə Yamal üçün "Barselona" karyerasında sayca 100-cü olub. O, bu göstəriciyə çatmaq üçün 139 oyun keçirib.

Beləliklə, Lamin "Barselona" tarixində 100 qələbəyə ən tez çatan ən gənc futbolçu olub. O, buna 18 yaş 244 günlüyündə nail olaraq Boyan Krkiçi (20 yaş 133 gün) və Lionel Messini (20 yaş 271 gün) geridə qoyub.

Seçilən
0
1
publika.az

2Mənbələr