AZ

Azərbaycanın şahmat üzrə yeni çempionları müəyyənləşdi

Azərbaycan Şahmat Çempionatı başa çatıb.

Oxuməni.az xəbər verir ki, kişilər arasında ölkə çempionu Məhəmməd Muradlı, qadınlar arasında isə Ülviyyə Fətəliyeva olub.

Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı arasında keçirilən görüşdə ikinci mərhələ həlledici olub. Ağ fiqurlarla oynayan Məhəmməd Muradlı gərgin görüşdə qələbə qazanıb. İki partiyanın yekununda o, 1,5-0,5 hesabı ilə qalib gələrək Azərbaycan çempionu olub.

Turnirin reytinq favoriti Şəhriyar Məmmədyarov ardıcıl ikinci ildir ki, finalda məğlub olaraq gümüş medalla kifayətlənib. İki partiyanın yekununda Read Səmədovu 2:0 hesabı ilə məğlub edən Aydın Süleymanlı bürünc medal qazanıb.

Dünən qadınlar arasında finalın son partiyaları da keçirilib. Ülviyyə Fətəliyeva tay-breykdə Ayan Allahverdiyevanı məğlub edərək karyerasında ilk dəfə ölkə çempionu titulunu qazanıb.

Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovaya 1.5:0.5 hesabı ilə qalib gəlib.

Yarışın mükafat fondu 92 min manat təşkil edib. Bu məbləğin 62 min manatı kişilər, 30 min manatı isə qadınlar arasında mükafatçılara düşür.

Almaz Həsənli

Seçilən
20
1
oxumeni.az

2Mənbələr