AZ

116 cinayətin üstü açılıb - 107 nəfər saxlanılıb

Fevralın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 116 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 53 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 107 nəfər saxlanılıb.

Seçilən
7
22
ucnoqta.az

10Mənbələr