Yazını böyüt
Yazını kiçilt
Ağstafada fermadan kişi meyiti aşkarlanıb. Hadisə rayonun Poylu qəsəbəsində baş verib.
Hafta.az xəbər verir ki, rayon sakini 1982-ci il təvəllüdlü F.Vəliyevin meyiti çoban işlədiyi fermada tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. 44 yaşlı kişinin meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.