AZ

Zabratda su xətti partladı - Sakinlər 3 gündür susuz qalıb

Sabunçu rayonunun Zabrat 2 qəsəbəsində su xəttinin partlaması nəticəsində sakinlər 3 gündür susuz qalıb.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Sakinlərin sözlərinə görə, su olmadığı üçün mənzillərdə kombilər işləmir, evlərdə soyuq şərait yaranıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

Seçilən
14
1
far.az

3Mənbələr