Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev bildirib ki, Ramazan ayı ibadət ayıdır.Onun sözlərinə görə, bu ayda toy mərasimləri adətən digər aylara saxlanılır: "Bu ayda toy-büsatı başqa aylara saxlayırlar. Millət bunu bilir. Kimsə iftar süfrəsində nişan edə və ya "həri" verə bilər - bu, şəxsi seçimdir. Bunun qarşısını heç kəs ala bilməz. İnsanlar azaddır. Lakin Ramazan ayı əvvəldən axıra kimi dua və ibadət ayıdır, çalıb-oxumaq ayı deyil. Bu dövrdə insanlar iftar süfrələri açır, dua və zikr edir, kimsəsizlərə yardım göstərir, yaşlılara baş çəkirlər." Qeyd edək ki, bu il Ramazan ayının ilk gününün fevralın 19-na təsadüf edib. Martın 20-si və 21-i isə Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta