AZ

İsrail bunu “tarixdə ilk” adlandırdı

Türkiyənin müdafiə sahəsindəki son uğuru İsrail mətbuatında böyük ajiotaj yaradıb.

Publika.az xəbər verir ki, İsrailin "Maariv" qəzeti Türkiyənin qabaqcıl pilotsuz uçuş aparatları və yüksək texnologiyalı sursatlarla təchiz olunmuş gücünə diqqət çəkib.

Xəbərdə bildirilib ki, "Bayraktar AKINCI TİHA" Qara dəniz üzərində hədəf mövqeyində olan pilotsuz uçuş aparatını məhv etmək üçün istifadə olunub və bu, onun həyata keçirdiyi ilk hava atışı olub.

Bunun sadəcə bir sınaq olmadığı, AKINCI-nın artıq EREN sursatından istifadə edərək hava-yer missiyalarından hava döyüşlərinə keçə bilən yeni qabiliyyətə sahib olduğu vurğulanıb.

Seçilən
17
1
publika.az

2Mənbələr