AZ

III Dünya müharibəsi başladı: əsas məsələ budur ki... Zelenski

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiya Prezidenti Vladimir Putin artıq Üçüncü Dünya müharibəsinə başlayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Əsas sual budur: o, nə qədər ərazi ələ keçirə bilər və onu necə dayandırmaq olar. 1991-ci il sərhədlərinə qayıdış hələlik mümkün deyil, çünki Ukraynada insan resursu və silah çatışmazlığı var.

HHM (hava hücumundan müdafiə) ən çətin problemdir. Təəssüf ki, tərəfdaşlarımız hələ də bizə öz sistemlərimizi istehsal etmək üçün lisenziya vermirlər. Məsələn, “MIM-104 Patriot” sistemləri və ya artıq bizdə olan sistemlər üçün raketlərin istehsalı bu sıraya daxildir. Donbasdan çıxmayacağıq, həm də düşünürəm ki, çıxsaq belə bu, Putini dayandırmayacaq”, – deyə Ukrayna lideri əlavə edib.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
globalinfo.az

1Mənbələr