Aİ nümayəndələri Komissar Marta Kosun 19-20 mart tarixlərinə planlaşdırılan səfəri və ilk Aİ-Ermənistan sammiti ərəfəsində yeni Aİ-Ermənistan strateji gündəliyinin hazırlanması yönündə irəliləyişi qiymətləndirmək üçün Ermənistana işgüzar səfər ediblər.
Bu barədə The Brussels Times qəzeti məlumat verib. Bildirilir ki, Aİ ölkəyə 202,5 milyon avroluq yardım paketinin ayrıldığını təsdiqləyib.
Bəyanata görə, danışıqlar nəqliyyat, enerji və rəqəmsal sektorlarda regional əlaqənin yaxşılaşdırılmasına yönəlib.
Strateji gündəm Aİ-Ermənistan əməkdaşlığını tənzimləyən çərçivə sazişi olan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinə (CEPA) əsaslanır.
SAMİRƏ