AZ

Trampın göndərdiyi gəmini Qrenlandiya qəbul etmədi

Qrenlandiya ABŞ Prezidenti Donald Tramp tərəfindən göndərilən gəmi-hospitaldan imtina edib.

Herbiand.az xəıbər verir ki, bu barədə Baş naziri Yens-Frederik Nilsen Facebook səhifəsində yazıb.

"Biz deyirik “Xeyr, təşəkkür edirik”. Prezident Trampın Qrenlandiyaya Amerika xəstəxana gəmisi göndərmək ideyası barədə məlumat almışıq. Lakin bizim vətəndaşlar üçün pulsuz müalicə ilə ictimai səhiyyə sistemimiz var. Bu, düşünülmüş bir sistemdir. ABŞ-da həkimə getmək isə pul tələb edən bir işdir”.

Baş nazir həmçinin qeyd edib ki, Qrenlandiya həmişə dialoqa və əməkdaşlığa açıqdır. "ABŞ-da daxil olmaqla biz hamı ilə dialoqa hazırıq. Sosial mediada açıqlamalar verməkdənsə, bizimlə danışmaq daha yaxşıdır".

Prezident Tramp Qrenlandiyada xəstələrin və müalicəyə ehtiyacı olanların çoxluğunu nəzərə alaraq oraya gəmi-hospital göndərildiyi barədə sosial şəbəkə platformasında məlumat paylaşıb.

Seçilən
10
herbiand.az

1Mənbələr