Türkiyənin Ərzurum vilayətində 11 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, hadisə zamanı TIR-a çırpılan sərnişin avtobusu aşıb.
Nəticədə ümumilikdə 20 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.