AZ

Tanınmış aparıcıya yazdığı şərh 50 yaşlı kişiyə baha başa gəldi

“TikTok”da televiziya aparıcısı Könül Muxtarovanı təhqir edən kişi inzibati qaydada cəzalandırılıb.

NOCOMMENT.az xəbər verir ki, aparıcının müsahibəsinə rəy yazmaq 50 yaşlı S.Göyüşova baha başa gəlib.

Belə ki, K.Muxtarova müsahibələrindən birində toyda aparıcılıq etdiyi 6 saata görə qazandığı pulun televiziyadakı aylıq maaşının 3 qatından çox olduğunu deyib. İstifadəçi həmin paylaşıma “Tamada və manıslara dəyərindən çox pul vermək qudurmuşların əməlidir. Ona görə də bunlar daha çox qudururlar”, – rəyini yazıb.

Aparıcının sözlərinə görə, həmin şərh ona və ailə üzvlərinə pis təsir edib, bu səbəbdən şikayət etmək qərarına gəlib. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

Barəsində şikayət edilən şəxs isə məhkəmədə geri çəkilib. O, həmin sözlərin qadına aid edilmədiyini, əgər xanım bunu özünə qarşı təhqir hesab edibsə, üzr istəməyə hazır olduğunu deyib. Yekun olaraq isə inzibati xəta haqda şikayətə xitam verilməsini xahiş edib.

Hakim tərəfləri dinlədikdən sonra aparıcının şikayətini əsaslı hesab edib. Qərara əsasən, Göyüşov inzibati xəta törətdiyi üçün 600 manat cərimələnib. (qafqazinfo)

Seçilən
1
11
nocomment.az

10Mənbələr