AZ

Xameneinin iqamətgahının ətrafı boşaldılır - Binanın ətrafında xüsusi təyinatlı qüvvələr cəmləşdirilib

Tehranda İranın Ali rəhbəri Əli Xameneinin iqamətgahı və Prezident Administrasiyasının yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.

Missiya.Az xəbər verir ki, bu barədə xaricdə fəaliyyət göstərən farsdilli media orqanları məlumat yayıb.

Bildirilib ki, həmin ərazilərdə yerləşən bir neçə məktəb bu gün əvvəlcədən rəsmi elan vermədən fəaliyyətini dayandırıb.

Mənbələrin məlumatına əsasən, səhər saatlarında məktəbə gələn şagirdlər avtobuslara mindirilərək evlərinə geri göndəriliblər.

Bundan əlavə, ötən gecə yerli vaxtla saat 23:00-dan sonra Xameneinin iqamətgahının ətrafında çox sayda təcili tibbi yardım maşını, polis qüvvələri və xüsusi təyinatlıların cəmləşdiyi vurğulanıb.

Qeyd olunub ki, hadisə ilə bağlı İran rəsmiləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
10
1
missiya.az

2Mənbələr