AZ

“Logistika xidmətlərinin qiymətinin artması ehtiyat hissələrinin də bahalaşmasına birbaşa təsir göstərir”

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avtomobil ehtiyat hissələrinin qiymətlərində 10-20% artım qeydə alınıb. Bahalaşma mühərrik yağlarından asqı sistemi detallarına qədər demək olar bütün məhsullara təsir edir. Satıcılar artımın süni olmadığını, məhsulların maya dəyərinin yüksəlməsi ilə bağlı olduğunu bildirirlər. İqtisadçılar qiymət artımını qlobal logistika xərcləri, beynəlxalq nəqliyyat dəhlizlərində gecikmələr, inflyasiya və xammalın bahalaşması ilə izah edirlər. Onların fikrincə, zəif rəqabət və valyuta dalğalanmaları səbəbindən yaxın aylarda kəskin ucuzlaşma gözlənilmir.Hazırda baş verən gecikmələr müvəqqətidir, yoxsa uzunmüddətli qiymət artımına səbəb ola bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, ehtiyat hissələri hər il təxminən 5-10% civarında artır.

Eldəniz Cəfərov

“Ehtiyat hissələrinin qiymətlərində həqiqətən də artım müşahidə olunur. Ümumiyyətlə, bu məhsulların qiyməti il ərzində təxminən 5-10% civarında yüksəlir, yəni artım adətən sabit və daimi xarakter daşıyır. Qiymət artımının məhz gecikmələrdən qaynaqlandığını təsdiq edə bilmərəm. Lakin xammalın bahalaşması və logistika, daşınma xidmətlərinin qiymətinin artması ehtiyat hissələrinin də bahalaşmasına birbaşa təsir göstərir”-deyə Eldəniz Cəfərov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
bizimyol.info

1Mənbələr