Qəzet ABŞ hökumətinin adları çəkilməyən ali vəzifəli nümayəndələrinə istinadən vurğulayır ki, İranın digər müttəfiqləri "Hizbullah", yaxud "Əl-Qaidə"nin Avropa ölkələrindəki ABŞ hərbi bazalarına, səfirliklərinə terror hücumu həyata keçimələri təhlükəsi mövcuddur: "Avropa İttifaqı bu ehtimaldan narahatdır. Hücumun hansı səbəblə, necə meydana gələ biləcəyi hələlik məchuldur".
![]() |
| İran XİN:"ABŞ ilə mümkün sazişin mətni hazırlanır" |
Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında başlamış kütləvi etiraz aksiyaları, eyni zamanda, bu ölkənin nüvə proqramı fonunda Tehran-Vaşinqton münasibətləri son aylar xüsusilə gərginləşib. Tərəflərin nümayəndə heyətləri axırıncı dəf fevralın 17-də məhz Cenevrədə danışıqlar aparıblar. Fevralın 19-da isə ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında İrana nüvə proqramı üzrə saziş imzalamaq üçün 15 gün möhlət verib; əks təqdirdə, İrana zərbə endiriləcəyinə diqqətə çatdırıb. Danışıqların növbəti mərhələsi isə fevralın 26-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.
Firudin Həmidli
AzVision.az
