AZ

İran-ABŞ razılaşması: Tehran mətni hazırlayır

İran hazırda ABŞ ilə mümkün razılaşmanın mətnini hazırlayır.

Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə bildirib.

“Hazırda öz fikirlərimizi müzakirə edib yekun qərar vermək ərəfəsindəyik”, - diplomat bildirib.

Baqainin sözlərinə görə, Vaşinqtonla müvəqqəti müqavilə bağlamaq ehtimalı ilə bağlı iddiaların "heç bir əsası yoxdur".

Tehran və Vaşinqton arasında İranın nüvə məsələsi ilə bağlı danışıqlar fevralın 17-də Cenevrədəki Omanın diplomatik nümayəndəliyində baş tutub.

Seçilən
2
1
publika.az

2Mənbələr