AZ

Gürcüstanda əcnəbilərə bu sahələrdə işləmək qadağan edildi

Gürcüstan hökuməti əcnəbilərə iş icazələrinin verilməsi qaydalarını sərtləşdirib.

Heftelik.az Report-a istinadən verdiyi xəbərə görə, Baş nazir İrakli Kobaxidzenin imzaladığı yeni qərara əsasən, bir sıra sahələr üzrə illik kvotalar müəyyən edilib və bəzi fəaliyyət növləri üçün “sıfır kvota” tətbiq olunub.

Baş nazir bildirib ki, qərarın əsas məqsədi Gürcüstan vətəndaşlarının, xüsusilə də əmək bazarındakı maraqlarının qorunmasıdır. Onun sözlərinə görə, dövlət öz vətəndaşlarının məşğulluq imkanlarını təmin etməli və onların həddindən artıq rəqabətlə üzləşməsinin qarşısını almalıdır.

Qərara əsasən, əcnəbilər Gürcüstanda kuryer xidmətlərində, sərnişin daşınmasında, turistlərə bələdçi, dağ, alp və xizək bələdçiliyi xidmətində fəaliyyət göstərə bilməyəcək.

Qərar martın 1-dən qüvvəyə minəcək.

Seçilən
0
1
heftelik.az

2Mənbələr