AZ

Fernandu Santuş karyerasını bərpa etməyə hazırdır

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuş fəaliyyətini yenidən davam etdirməyə açıq olduğunu bildirib.

İdman.Biz abola.pt-ya istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanına üz tutmaq ehtimalını gizlətməyib.

“Azərbaycan millisindən ayrıldıqdan sonra bir neçə təklif aldım. Lakin müxtəlif səbəblərdən heç biri reallaşmadı. Yeni imkanları isə dəyərləndirməyə hazıram. Səudiyyə Ərəbistanı liqası yüksək keyfiyyətə malik və beynəlxalq nüfuza layiq çempionatdır. Adımla bağlı fərziyyələr olması normaldır. Əlaqələrim olub, amma hazırda vəziyyət barədə konkret nəsə deyə bilmərəm”, - deyə o, açıqlamasında bildirib.

Qeyd edək ki, F. Santuş 2024-cü ilin iyunundan 2025-ci ilin sentyabrına qədər Azərbaycan millisinə rəhbərlik edib. Hazırda onun adı Misirin “Əl-Əhli” və Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubları ilə birgə hallanır.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
icma.az

2Mənbələr